Ümid Partiyası 70-dən artıq namizədlə təmsil olunacaq
22.08.2015 17:09 Siyasi reaksiya 1934
Xəbər verdiyimiz kimi, 2015-ci ilin parlament seçkilərinin təbliğat kampaniyasının başlanmağına sayılı günlər qalıb. Xalqın ümidlərini doğruldan, etimadını qazanan namizədlər növbəti 5 il ərzində deputat mandatına sahib çıxacaqlar.
Ümid Partiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mübariz Maqsudov “Reaksiya.az”-a açıqlamasında partiyanın seçki prosesinə necə hazırlaşdığı barədə məlumat verib. O bildirib ki, Ümid partiyası seçkilərə bir ildən artıqdır şəbəkələşmiş şəkildə hazırlaşır: “Namizədlərimizin sayı 70-i ötüb artıq. Seçki kampaniyasında üstünlük verəcəyimiz məqamlar xüsusilə sosial problemlər olsa da, bu problemleri qabardaraq səs yığacağımızı düşünmürük. Biz seçkinin nə qədər çətin və məsuliyyətli olduğunu bildiyimizdən, bir ildən artıqdır seçiciylə işləyirik. Bu da seçicinin bizi tanımağına və bizim də seçiciylə əlaqə yaratmağımıza imkan yaradıb. Artıq seçici bizim bir ildən artıqdır onlarla maraqlandığımızı bilir və seçimini etmiş sayılır. Seçkiyə start verildiyində biz artıq lazım olan prosedur qaydaları, yəni lazım olacaq sənədləri təqdim etmək üçün,müşahidəçilərin qeydiyyatdan keçməsi üçün işlər görəcəyik”.
Şərhlər