Azərbaycanlı jurnalist ermənilərin hədəfindədir

18.09.2023 16:07     Siyasi reaksiya     1033

Erməni lobbisi sosial mediada da aktivdir. Özəlliklə Azərbaycan dövlət adamlarının səhifələrinə gələrək, olmazın yalanların yazılır. Ermənilərin sosial şəbəkədə iş bununla bitmir. Onların yalanlarına ingilis, rus dillərində cavab verən kim varsa, onun səhifəsini bağlatdırırıar.

"Reaksiya.az" xəbər verir ki, bunlardan biri də Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist Nigar Ögedaydır. Səhifəsi mavi işarəli olduğu üçün indilik tvitter hesabını bağlatdıran  ermənilər Nigar Ögedayın fotolarını paylaşaraq onu hədəf göstəriblər.

Həmkarımızın sözlərinə görə, paylaşımlara Avropada yaşayan bəzi erməni havadarları da dəstək verib.
"Sizi yaxşı tanıyırıq. Qorxaqsınız! Gücünüz sadəcə qadınlara, uşaqlara, yaşlılara çatar. Davam edin, havadarlarınız da sizin üzünüzü görüb tanısınlar. Biz sizi Xocalıda tanıdıq. Arxanızda duran dövlətlərə güvənməyin. Bu günün sabahı da var. Böyük dövlətlərin kuklasısınız. İşi bitincə o dövlətlər də siz atacaq" deyə Ögeday öz növbəsində erməni səhifələrinə yazıb.

Şərhlər