AMİP-də Məmməd Arazın 90 illik yubileyi qeyd olunub - FOTOLAR

19.10.2023 14:34     Siyasi reaksiya     454

AMİP Mərkəzi Qərargahında İstiqlal şairi, Milli İstiqlal Partiyasının qurucularından olan Məmməd Arazın 90 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Bu barədə Musavat.com-a partiyadan məlumat verilib. Qeyd olunub ki, tədbir iştirakçıları AMİP-in fəxri Lideri Etibar Məmmədov, AMİP sədri Arzuxan Əlizadə, Məmməd Arazın yaxın dostu, AMİP Qurucularından İsa Məmmədov, AMDP sədri Fərəc Quliyev, Milli Azadlıq Hərəkatının fəallarından Bədrəddin Quliyev, Gürcüstanın “Gürcüstan Naminə” Partiyasının sədri Fazil Əliyev, AMİP veteranları Aydın Əliyev, Eldar Qoşunoğlu, Vidadi Bəşirov, Ceyran Ənsər və digərləri Məmməd Arazla bağlı xatirələrini, eləcə də 18 oktyabr 1991-ci il tarixdə Müstəqiiliyimizin bərpasından 15 oktyabr 2023-cü il Dövlət Suverenlimizin bərpasına qədər keçən tarixlə bağlı fikirlərini bölüşüblər.

Məmməd Arazın 90 illik Yubileyinin Dövlət səviyyəsində qeyd olunmasının vacibliyini qeyd edən tədbir iştirakçıları bununla bağlı müvafiq qurumlara çağırış ediblər.

Reaksiya.az

 
 

 

Şərhlər

Çox oxunanlar