İzmirdə abidə ucaldılacaq

22.08.2015 17:50     Siyasi reaksiya     2328

Bu təklif Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin Türkiyənin İzmir şəhərinin ən qədim yaşayış yeri olan Bayraklı rayonunun bələdiyə sədri ilə olan görüşdə dilə gətirilib. Fəaliyyətə başladığı gündən Azərbaycanı tanıtmaq adına müxtəlif tədbirlər həyata keçirən cəmiyyətin bir məqsədi də yerli qurumlar və bələdiyələrlə də əmakdaşlığa nail olmaqdır. Bu məqsədlə Bayraqlı Bələdiyəsi ilə keçirilən görüş səmimi bir havada keçdi. Bələdiyə Sədri Hasan Karabağ, soyadının Karabağ olmasının təsadüf olmadığını, dədələrinin Azərbaycanın Qarabağ bölgəsindən gəldiyini ifadə edərək, Qarabağın bir hissəsinin hələ də erməni işğalı altında olmasından üzüldüyünü, tezliklə o torpaqların azad ediləcəyindən əmin olduqlarını söyləyib. Heyət adından onları qəbul etdiyi üçün təşəkkür edən cəmiyyətin sədri Dr. Asıf Kurban, cəmiyyət haqqında məlumat verib və bir məqsədlərinin də fəalləyyətləri daxilində bələdiyyələr, yerli özünüidarə qurumlarırla əməkdaşlıq etmək olduğunu deyib. Səmimi bir atmosferdə keçən görüşdə Bayraklı Bələdiyəsi ilə Azərbaycandan bir bələdiyyənin qardaşlaşması, Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsinə bu adda bir park və abidə ucaldılması, cəmiyyətin Azərbaycanı tanıtıcı sosyal və mədəni fəalliyyətlərində bələdiyə ilə əməkdaşlıq və başqa məsələlər müzakirələr aparılıb. Görüş sonrasında cəmiyyətin sədri tərəfindən bələdiyə sədrinə xatirə plaketi təqdim olunub və görüş iştirakçıları birgə şəkil çəkdiriblər. Bələdiyyə sədr müavini və qeyri-hökümətlərlə iş üzrə sədr müavinin də iştirak etdiyi görüşdə, cəmiyyətin idarə heyətinin üzvləri Cavid Əliyev, Nurlanə Ahundzadə Akfidan, qadın qolları sədri Təranə Karaduman və cəmiyyətin üzvü işadami Hakan Şəkərci də iştirak etdilər.

Şərhlər