Xaçatryanın istintaqı yekunlaşdı

06.11.2023 11:58     Siyasi reaksiya     616

Azərbaycanlılara qarşı soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Reaksiya.az”ın məlumatına görə, növbəti mərhələdə prokuror ittiham nitqi ilə çıxış edəcək. 

Proses sabah davam etdiriləcək.

Qeyd edək ki, Xaçatryan Vaqif Çerkezoviç 1992-ci ilin dekabrında erməni milliyyətindən olan digər şəxslərlə birgə Xocalı rayonunun Meşəli kəndində yaşamış dinc azərbaycanlıların soyqırımında və digər ağır cinayətlərdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 116.0.1, 116.0. 6., 116.0.11 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə ittiham irəli sürülüb.

 
 

Şərhlər

Çox oxunanlar