Bakıda müdafiə nazirlərinin görüşü keçiriləcək

27.11.2023 13:09     Siyasi reaksiya     521

Bu gün Bakıda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçiriləcək.

Bu barədə Reaksiya.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Üçtərəfli görüşdən əvvəl Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə və Gürcüstan-Türkiyə müdafiə nazirləri arasında ikitərəfli formatda görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Yaşar Gülər artıq Bakıdadır.

Müdafiə nazirləri üç ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın inkişaf prespektivlərini, birgə təlimlərin keçirilməsini və digər məsələləri müzakirə edəcəklər.

Xatırladaq ki, bu formatda sonuncu görüş bu ilin fevral ayında Türkiyənin Qars şəhərində keçirilib.

Reaksiya.az

Şərhlər