Gəncədə Heydər Əliyevin anım günü keçirildi - FOTOLAR

12.12.2023 13:57     Siyasi reaksiya     404

Bu gün Gəncə şəhərində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb.

"Reaksiya.az"ın məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının, həmçinin şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri iştirak ediblər.

Onlar Heydər Əliyev Meydanında ümummilli liderin xatirəsinə ucaldılan abidəni ziyarət edib, onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər. Bununla yanaşı, ulu öndərin Gəncənin Heydər Əliyev Mərkəzində ucaldılan abidəsi də ziyarət olunub.

 

 





 

Şərhlər

Çox oxunanlar