İsveç Türkiyəyə tətbiq etdiyi embarqonu ləğv edib

27.12.2023 12:33     Siyasi reaksiya     478

İsveç Türkiyəyə qarşı tətbiq etdiyi embarqonu ləğv edərək, müdafiə ixracı üçün lisenziyalar verməyə başlayıb.

"Reaksiya.az" xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti Türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparın açıqlamasına istinadən məlumat yayıb.

“Parlament komitəsi İsveçin NATO-ya üzvlük təklifini qəbul etdikdən sonra diqqəti cəlb edən hadisə baş verdi. İsveçin uzun sürən embarqodan sonra Türkiyəyə müdafiə ixracı üçün lisenziyalar verməyə başladığı məlum olub”, - o bildirib.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayının əvvəlində İsveç Türkiyəyə müdafiə təchizatına embarqo qoyub. Dekabrın 26-da Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu səs çoxluğu ilə dəstəkləyib və sənəd baxılmaq üçün Baş Assambleyaya təqdim edilib.

Şərhlər

Çox oxunanlar