Aİ nazirləri bu gün Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
22.01.2024 11:03 Siyasi reaksiya 336
Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri bu gün Brüsseldə Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması məsələsini müzakirə edəcəklər.
“Reaksiya.az” xəbər verir ki, bu barədə məlumatı yüksəkvəzifəli avropalı mənbəyə istinadən “RİA Novosti” yayıb.
“İnterfaks” isə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin iki ölkə arasında münasibətlərin nizamlanmasına dair çıxış edəcəyini yazıb.
Bununla yanaşı, Aİ-nin XİN rəhbərlərinin Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdə missiyası, eləcə də Rusiyaya qarşı 13-cü sanksiyalar paketini müzakirə edəcəkləri bildirilir.
Şərhlər