Britaniya XİN nümayəndəsi Tərtərə səfər etdi
02.02.2024 20:45 Siyasi reaksiya 230
Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Kris Allan (Chris Allan) Tərtərə səfər edib.
Reaksiya.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
"Kris Allan və konsul Edvard Krimbl (Edward Crymble) ilə Tərtərə edilən ruhlandırıcı səfərdə qadın minatəmizləmə komandasının və arıçılıq biznesini idarə edən qadının inanılmaz işinin şahidi olduq. Biz Azərbaycan qadınlarına dəstək olmaqdan qürur duyuruq",- məlumatda qeyd edilib.
Şərhlər