Seçkilərlə əlaqədar təşviqat başa çatır

05.02.2024 13:15     Siyasi reaksiya     152

Sabahdan növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatacaq. Reaksiya.az xəbər verir ki, fevralın 6-da saat 8:00-da təşviqatın aparılması dayandırılacaq. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq: 1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; 2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; 3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; 4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; 5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; 6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev. Reaksiya.az

Şərhlər

Çox oxunanlar