Məzahir Pənahov: "AŞPA-nın dəvət edilməməsinə MSK cavabdeh deyil"

06.02.2024 16:30     Siyasi reaksiya     154

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbədənkənar prezident seçkilərini izləməsi üçün dəvət edilməməsinə Mərkəzi Seçki Komissiyası cavabdeh deyil. Bu barədə MSK sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib. O xatırladıb ki, seçki qanunvericiliyinə əsasən, üç qurum beynəlxalq müşahidəçi dəvət edə bilər: "Bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır: "Bu qurumların dəvət etdiyi təşkilatlar və şəxslər seçkiləri müşahidə etmək üçün gələ bilərlər. Məsələn, Milli Məclis xarici parlamentlərin nümayəndələrini, XİN aidiyyəti üzrə qurumları, MSK isə xarici seçki komissiyalarını dəvət edə bilər. AŞPA-nı dəvət etmək isə bizim səlahiyyətimizdə deyil. Bu baxımdan onların dəvət edilməməsinə görə də cavabdeh deyilik". Reaksiya.az

Şərhlər

Çox oxunanlar