“Heç kəs deyə bilməz ki, seçki müşahidəsini xarakterimə uyğun aparıram” - MSK sədri

07.02.2024 10:00     Siyasi reaksiya     124

“Heç kəsin məcəllənin tələbini pozmağa haqqı yoxdur. Əgər olarsa, qanunvericiliyin tələbinə uyğun olaraq ciddi addımlar atacağıq”.

Reaksiya.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

“Heç kəs deyə bilməz ki, seçki müşahidəsini mən xarakterimə uyğun aparıram. MSK olaraq biz həmişə ana xətt tuturuq. Məntəqə daxilində proses müəyyən insanlar tərəfindən baş verir. Onlar Azərbaycan qanunlarını bilirlər. Hamı fəaliyyətini məcəllənin tələbinə uyğun həyata keçirməlidir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar