Rusiya KİV-ləri Azərbaycanda keçirilən prezident seçkilərini işıqlandırıblar

07.02.2024 14:30     Siyasi reaksiya     140

44 günlük müharibə və antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş Qarabağ əraziləri daxil olmaqla, Azərbaycanda ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkiləri keçirilir.

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiyanın “Arqumentı i faktı” (AiF), “Nezavisimaya qazeta” və “Moskovski komsomolets” nəşrlərində xəbərlər dərc olunub.

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası nəticəsində bütün respublika üzrə ilk dəfə seçkilər keçirilir”, - qeyd olunub.

Rusiya KİV-ləri seçkilər, namizədlər və digər məlumatları oxucularına çatdırıb.

“Arqumentı i faktı” nəşrində vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xankəndi şəhərində səs veriblər.

“Nezavisimaya qazeta” qeyd edib ki, davam edən seçkiləri 88 ölkədən müşahidəçilər izləyirlər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar