Gürcüstanın vitse-spikeri: "Prezident seçkilərində yüksək fəallıq vardı"

07.02.2024 21:00     Siyasi reaksiya     90

Bu gün Azərbaycan vətəndaşları üçün əhəmiyyətli gündür.

Reaksiya.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Bakıya gələn nümayəndə heyətinin rəhbəri Arçil Talakvadze mətbuat konfransında deyib.

O bildirib ki, bu gün həmkarları birlikdə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə ediblər: "Hər şeydən əvvəl qonaqpərvərliyə görə təşəkkür edirik. Seçki məntəqələrində olan ab-hava çox yaxşı idi. Seçicilər sərbəst səs verirdilər. Media nümayəndələri işlərini lazımi qaydada icra etdilər. Yüksək fəallıq müşahidə edildi. Seçicilər seçki hüququndan yüksək səviyyədə istifadə edirdilər".

Reaksiya.az

Şərhlər