MSK ilkin nəticələri açıqladı - İlham Əliyev 92.1 faiz səslə liderlik edir

07.02.2024 23:35     Siyasi reaksiya     151

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 7 fevral növbədənkənar Prezident seçkisinin ilkin nəticələrini açıqlayıb.

MSK-dan Reaksiya.az-a verilən məlumata görə, İlham Əliyevə 92, 1 faiz səs verilib.

Eyni zamanda ilkin nəticələrə görə Zahid Oruc 2,2 faiz, Fazil Mustafa 1,99, Qüdrət Həsənquliyev 1,78, Razi Nurullayev 0,79, Elşad Musayev 0,66, Fuad Əliyev 0,48 faiz səs toplayıb.

Reaksiya.az

Şərhlər