Meksikalı nümayəndələr Azərbaycan xalqını təbrik etdi

08.02.2024 14:45     Siyasi reaksiya     143

Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqini aparan Meksika Parlamentinin nümayəndələri müşahidələrinin nəticələrini açıqlayıb.

Reaksiya.az xəbər verir ki, Meksika Parlamentinin üzvü Alberto Villa Villegas 10 seçki məntəqəsində səsvermə prosesini izlədiyini bildirib.

O, seçki prosesinin yüksək səviyyədə və şəffaf şəkildə təşkil edildiyini qeyd edib.

Meksika Parlamentinin nümayəndələri demokratik seçkilər münasibətilə Azərbaycan xalqını təbrik edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar