Umud Rəhimoğlu: "O gün uzaqda deyil"
23.08.2015 13:47 Siyasi reaksiya 2576
Bu gün Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 22 il ötür
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu işğal faktı ilə bağlı fikirlərini Reaksiya.az-la bölüşüb:
“Bu gün çox ağrılı bir gündür. İllər, günlər keçdikcə o acılı günlərdən nə qədər uzaqlaşsaq da o günlərə bir o qədər də yaxınlaşırıq. Mən o günlərin bilavasitə şahidlərindən biriyəm. İnsanlar vəhşicəsinə öz yurd-yuvalarından qovulurdu. O zaman hamı ancaq qocaları, uşaqları çıxarmaq haqqında düşünürdü. Tanklı, toplu erməni ordusunun qarşısında insanlarımız əliyalın, silahsız qalmışdı. O günləri xatırlamaq, o günlər haqqında söz danışmaq çox çətindir”.
Umud Rəhimoğlu torpaqlarımıza qayıdacağımız günün uzaqda olmadığını bildirib:
“Bu gün Azərbaycan regionun inkişaf etmiş dövlətidir. Ölkəmizin iqtisadi inkişafının yüksəlməsi ordumuzun möhkəmlənməsinə, bütöv Azərbaycanın yüksəlişinə səbəb olur. Və inanıram ki, qələbə günümüz, torpaqlarımıza qayıdacağımız gün yaxınlaşır. Bu inam hər bir azərbaycanlıda var. O baxımdan torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil”.
Şərhlər