Seyfettin Ayakyay: “Azərbaycandakı seçkilər Avropa İttifaqı ölkələrindən daha açıq və şəffaf keçdi”

08.02.2024 22:52     Siyasi reaksiya     586

Tanınmış Türkiyəli jurnalist - yazar Seyfettin Ayakyayın “Azərbaycan seçimləri” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə bildirilib ki, torpaqlarının 30 illik işğaldan azad edilməsindən sonra ilk dəfə Azərbaycanın bütün ərazisində seçki qutuları yerləşdirilməsinə və Azərbaycan xalqının azad iradəsinin seçki qutularında öz əksini tapmasına bütün dünya şahid oldu. Prezidentliyə namizəd İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Qarabağın Xankəndi şəhərində səs vermələrinə xüsusi diqqət cəlb edilib. Azərbaycanın Türkiyədəki konsulluqlarının yerləşdiyi şəhərlərdə, hətta konsulluğun olmadığı, amma azərbaycanlı tələbələrin və vətəndaşlarının sıx yaşadığı İzmirdə belə xaricdə yaşayan Azərbaycan vətəndaşlarının səs verməsi üçün şərait yaradıldığı, Manisa şəhərində yaşayan azərbaycanlı tələbələrin və ailələrin sevinc və şövqlə səslərini verə bilmələri üçün əllərində Azərbaycan bayraqları ilə uzun növbələr yaratdığı vurğulanıb. Müəllif hesab edir ki, İstanbuldan sonra ən çox Azərbaycan vətəndaşlarının və tələbələrin yaşadığı bölgə İzmir olduğu üçün bu şəhərdə Azərbaycan nümayəndəliyinin açılması olduqca vacibdir: “Manisa Azərbaycan Evi olaraq İzmirdə iştirak etdiyimiz bu gözəl Azərbaycan seçkilərini izləmək sevinci qəlbimizdə coşğuya çevrildi. Bu coşğu Türkiyə vaxtı ilə saat 19:00-da mətbuatda və televiziyada Prezident İlham Əliyevin 93,9 faizlə qalib olması xəbərinin yayılması, Azərbaycanda və Türkiyədə Azərbaycan bayraqlarının evlərdən asılması, prospekt və küçələrdə yaşanan coşqu İkinci Qarabağ zəfərinin coşqusuna dönmüşdü”. Qeyd edilib ki, artıq “bir yumruq, bir səs”ə çevrilən bu seçkilərdən sonra Avropa İttifaqı, xüsusilə də Fransa Azərbaycana, onun dövlət başçısı İlham Əliyevə qarşı qarayaxma siyasətini davam etdirə bilməyəcək mühitə yuvarlanıb: “Azərbaycandakı seçkilər indiyədək Avropa İttifaqı ölkələrində keçirilən seçkilərdən daha açıq və şəffaf keçdi”. Məqaləni geniş şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür: https://www.kanal45.com/gundem/azerbaycan-secimleri-h48817.html https://egedenge.net/21652-2/ https://kulahaberleri.com/21492-2/ https://gydhaber.net/2563-2/ https://www.manisadenge.com/yazar/seyfettin-ayakyay/azerbaycan-secimleri-5325-kose-yazisi

Şərhlər

Çox oxunanlar