Hakan Fidan Prezident İlham Əliyevi təbrik edib

09.02.2024 16:45     Siyasi reaksiya     91

Türkiyənin xarici işlər naziri Hakan Fidan dövlət başçısı İlham Əliyevi fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

Reaksiya.az xəbər verir ki, o, bu barədə İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun 5-ci Baş Assambleyasında çıxışı zamanı danışıb.

“Seçkilərdəki yüksək fəallığına görə Azərbaycan xalqını da təbrik edirəm”, - nazir söyləyib.

Reaksiya.az

Şərhlər