NK istefa verir: ciddi dəyişiklik olmayacaq
13.02.2024 15:30 Siyasi reaksiya 143
Konstitusiyaya görə, Nazirlər Kabineti istefa verməlidir, bundan sonra hökumət yenidən formalaşdırılmalıdır. Sözün açığı, ciddi dəyişikliyin olacağını gözləmirəm. Bir-iki dəyişiklik ola bilər, amma hökumət üzvlərinin mütləq əksəriyyətinin yenidən təsdiqlənəcəyi düşüncəsindəyəm.
Reaksiya.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Teleqraf.com-a geniş müsahibəsində Prezident İlham Əliyevin andiçməsindən sonra NK-da mümkün dəyişikliklərlə bağlı deyib.
“Bürokratik aparat həddindən artıq şişib. Bürokratik aparatı minimum, üçdə bir qədər azaltmaq lazımdır. Nazirlər Kabinetinin tərkibini iki dəfəyədək azaltmaq olar. Bir çox nazirliklər, komitələr və xidmətləri birləşdirmək lazımdır. Həddindən çox publik hüquqi şəxslər yaranıb və onların çoxu özlərini dolandıra bilmir. Onlar yaşamaları üçün gərək vətəndaşlara göstərdikləri xidmətlərə görə pul alalar. Baxmayaraq ki, publik hüquqi şəxslər dövlətin nəzarətindədir, amma onlar da əlavə dəyər yaratmırlar, yəni məhsul istehsal və ya emal eləmirlər, bununla belə publik hüquqi şəxslər göstərdikləri xidmətlərə görə ya vətəndaşlar, ya da büdcədən pul alalar. Yenə də onların yükü xalqın, vergi ödəyicilərinin çiyinlərindədir. Buna görə də publik hüquqi şəxslərin sayı azaldılmalıdır”, - o bildirib.
Şərhlər