Zəlimxan Məmmədli: “Münasibətlərin kəskinləşməsində Rusiya, Ermənistan maraqlıdır”

08.06.2015 18:33     Siyasi reaksiya     1898

Bunu “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Reaksiya.az – a açıqlamasında bildirib. O, qeyd edib ki, strateji olaraq Türkiyə - Gürcüstan münasibətləri yüksələn xətt üzrə inkişafı bütövlükdə güney Qafqazın maraqlarına uyğundur: “İndiki vəziyyət qaneedicidir. Bu seçimlərdən sonra Türkiyə, Allah etməmiş, siyasi gərginliyə düşərsə bu inkişafa mənfi təsir edə bilər. Münasibətlərin kəskinləşməsində Rusiya, Ermənistan bilavasitə maraqlıdır. Gürcüstanda erməni xislətinin qabarıq olması da münasibətlərə mənfi təsir edə bilər. Soydaşlarımızın maraqları Güclü Türkiyə, güclü Gürcüstan, güclü Azərbaycan varlığında tam təmin olunur. Soydaşlarımıza qarşı Gürcüstanın indiki hökuməti dönəmində aydın sezilən, gizlin bir xətt kifayət qədər fəaldır. Bizim Gürcüstana giriş yasağımız da bunun tərkib hissəsidir. Bir boşluq yaranarsa, Gürcüstan bəhrələnməyə çalışacaq. Ümid edək ki, Türkiyə xalqının səsi yekunda düşmənlərin və ya bədniyyətlilərin maraqlarının təmin olunmasına imkan verməyəcək. Unudulmamalıdır ki, Borçalı türklərinin Azərbaycanda artıq türk dünyasına nüfuz etmiş “Borçalı Cəmiyyəti” kimi quruluşu da var”.

Şərhlər