Qriqoryan: Bir neçə ay ərzində sərhədin delimitasiyası üzrə layihənin metodologiyası təsdiq oluna bilər

28.02.2024 18:30     Siyasi reaksiya     164

Çox güman ki, iki-üç ay ərzində Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə layihənin metodologiyası komissiyalar tərəfindən istifadə olunacaq. Reaksiya.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan parlamentdə keçirilən hökumət saatında deyib. "Birinci mərhələdə biz iş prosedurunu müzakirə etdik və təsdiqlədik, burada təmaslarımızın nəticələrinin yekunlaşdırılması və təşkili üsulunu təsvir etdik. Bu barədə iki ölkənin hökumətləri ilə razılaşdıq", - o bildirib. Onun sözlərinə görə, indiki mərhələdə daha çox metodoloji məsələni özündə əks etdirən birgə fəaliyyətin reqlamenti müzakirə olunur: “Məzmunundan və hansı konsensusa gəldiyimizdən asılı olaraq, sənəd çox güman ki, qanun layihəsi şəklində yayılacaq”. Baş nazirin müavini vurğulayıb ki, tərəflər prinsipial mövqelər çərçivəsində qalsalar və layihə ətrafında işlər Almatı bəyannaməsi əsasında aparılarsa, sonra iki-üç ay ərzində reqlament layihəsini hazırlaya biləcəklər, burada da işin metodologiyası əks olunacaq: “Metodologiya təsdiq edildikdən sonra həm delimitasiya, həm də demarkasiya prosesi çox vaxt aparacaq, lakin buna baxmayaraq, konkret olaraq nə ilə məşğul olduğumuz hamımıza aydın olacaq”. Reaksiya.az

Şərhlər

Çox oxunanlar