Bakı bunun tərəfdarı olduğunu təsdiqləyir - Lavrov
02.03.2024 19:30 Siyasi reaksiya 147
Azərbaycan tərəfindən olan həmkarlarımızla daimi dialoqumuz var və onlar Azərbaycan, Ermənistan, Rusiya arasında olan üçtərəfli razılaşmalarda olan məsələlərin həll edilməsinin tərəfdarı olduqlarını təsdiq edirlər.
Reaksiya.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib.
S.Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafı razılaşmaların necə reallaşdırılacağından asılıdır.
“Münasibətlərdə inkişaf üçtərəfli razılaşdırmalarda olan öhdəliklərin yerinə yetirilməsindən asılı olacaq”, - XİN başçısı deyib.
Şərhlər