Sonuncu görüşümüzdən sonra... - Prezident
14.03.2024 15:00 Siyasi reaksiya 108
Sonuncu görüşümüzdən sonra dünyada və regionumuzda bir çox hadisələr baş verib. Əsas geosiyasi dəyişik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır.
Reaksiya.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlət başçısı qeyd edib:
“Biz bunun həllini çoxdan gözləyən münaqişələrin həlli ilə bağlı müsbət nəticələrini gördük”.
Şərhlər