Əliyev və Rəisi tarixi məkanda görüşəcək

15.03.2024 10:48     Siyasi reaksiya     208

Novruz bayramına qədər Azərbaycan və İran prezidentləri Xudafərinə səfər edəcəklər.

Reaksiya.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.

“Ümid edirəm ki, hazırlıq işləri üçün iki ölkənin energetika nazirləri tezliklə görüşəcəklər. Xudafərin, Qız qalası hidroqovşaqları və su bəndlərinin açılış mərasimi sərhəddə hər iki prezidentin iştirakı ilə baş tutacaq”, - deyə diplomat əlavə edib.

Səfir həmçinin qeyd edib ki, Araz körpüsü üzərində keçid məntəqəsi və Ağbənd körpüsü üzərində avtomobil və dəmir yolu xəttinin tezliklə istismara verilməsi üzrə işlər davam edir.
Reaksiya.az

Şərhlər

Çox oxunanlar