Bakı ilə İrəvan arasında sülh sazişi… - BMT

15.03.2024 13:30     Siyasi reaksiya     116

BMT Baş Assambleyası Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüşlərin yenidən bərpası və onlar arasında keçirilən Münhen görüşü, bunun ardınca iki ölkənin XİN rəhbərlərinin görüşünü təqdir edir.

Reaksiya.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 78-ci prezidenti Dennis Francis XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

“Sülh və təhlükəsizliyin əldə olunması və bərpası istiqamətində daha çox addımların atılacağını, proqresə nail olunacağına inanırıq və gözləyirik.

BMT Baş Assambleyası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində iki ölkə arasında sülh sazişinin imzalanacağına ümid edir”,- deyə o qeyd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar