İlham Əliyev Putinə başsağlığı VERDİ

23.03.2024 13:30     Siyasi reaksiya     173

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Reaksiya.az xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı.

Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralalanlara isə tezliklə şəfa diləyirəm”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar