Zaxarova Moskva teraktından danışdı: "Qərbin əli ilə bu ölkə..."

23.03.2024 16:27     Siyasi reaksiya     201

Qərbin əli ilə Ukrayna 10 ildir ki, terrorizmin yayılma mərkəzinə çevrilib. Terrorçular hətta Moskva vilayətindəki "Crocus City Hall"da terror törədib və oradan heç nə olmamış kimi qaçmağa cəhd ediblər.

 Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"İndi biz bilirik ki, bu qanlı hadisəni törədənlər ölkədə təqiblərdən gizlənməyi planlaşdırıblar. Həmin ölkə Qərbin liberal rejimlərinin əli ilə 10 il ərzində hətta Kosovonu da qabaqlayaraq Avropada terrorun yayılması mərkəzinə çevrilib", - Zaxarova bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar