Rus ordusundan uğursuz əməliyyat - Bölgədə vəziyyət dəyişir

23.03.2024 16:28     Siyasi reaksiya     216

Ötən sutka ərzində Ukrayna ordusu ilə Ruslar qoşunları arasında 69 toqquşma baş verib.

 Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Rusiya ordusu Kupyanski istiqamətində aviasiyanın dəstəyi ilə Sinkovka, Tabaevka və Berestovoe yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə 3 uğursuz hücum həyata keçiriblər. Liman istiqamətində isə Luqansk vilayətinin Beloqorovka və Donetsk vilayətinin Spirnoe yaşayış məntəqələri ərazilərində döyüşlər gedib. Rusiya aviasiyanın dəstəyi ilə 7 hücum təşkil etsə də, uğur qazana bilməyib. Baxmut istiqamətində isə Donetsk vilayətinin İvanovskoye, Andreevka və Klişeevka yaşayış məntəqələri ərazilərində 5 hücumun qarşısı alınıb. Rusiya ordusu Staromayorskoye yaşayış məntəqələri ərazilərində və Zaporojyenin Robotino yaxınlığındakı Ukrayna hərbçilərinin mövqelərinə 10 dəfə basqın ediblər", - deyə məlumatda bildirilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar