İlham Əliyev: COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaradır

03.04.2024 19:30     Siyasi reaksiya     107

COP29 Azərbaycan-ABŞ arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaradır.

Reaksiya.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

Prezident Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşdə müzakirə olunan istiqamətlər üzrə Azərbaycanın da ABŞ ilə ikitərəfli əlaqələrinin inkişafında maraqlı olduğunu, COP29-un iqlim dəyişikliyi məsələləri və yaşıl texnologiyalar sahəsində ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını bildirib.

Reaksiya.az

Şərhlər