Bölgəmizdə yeni oyun qurulur - Əli Məsimli

05.04.2024 12:30     Siyasi reaksiya     203

Əgər bir sıra dövlətlər yaşadığımız Cənubi Qafqazda hegemonluq uğrunda mübarizədə erməni faktorundan istifadə etməsəydi, bölgə bu qədər dağıntılara, humanitar fəlakətə məruz qalmazdı. Erməni şovinizmi dövlət qura bilməzdi.

Reaksiya.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.

O qeyd edib ki, Brüssel görüşünün məzmunu bilavasitə bunu göstərir ki erməni faşizminin arxasında duran qüvvələr bundan nəticə çıxarmaq əvəzinə yeni oyunlar qururlar:

“Blinkenin ifadələrində və Türkiyənin bəyanatlarında bu özünü göstərir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar