Gələn həftə Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə ediləcək

05.04.2024 16:29     Siyasi reaksiya     234

Milli Məclisdə “Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında” hesabatının müzakirəyə çıxarılacağı vaxt müəyyənləşib.

Reaksiya.az-ın xəbərinə görə, hesabat parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 8-də keçiriləcək iclasında müzakirə olunacaq.

Toplantıya Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, qurumun rəsmiləri və deputatlar qatılacaq.

 

Sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar