Ermənistan fransız-ingilis koloniyasına çevrilir

23.05.2024 21:49     Siyasi reaksiya     884

Mayın 16 – da Fransanın daxil işlər naziri Jerar Darmanin France 2 telekanalına müsahibəsində bildirib ki, Azərbaycan Fransadan ayrılma tərəfdarlarının Yeni Kaledoniyada 13 may 2024-cü il tarixində başlayan etiraz aksiyalarının təşkilində iştirak edib. Bu bəyanat Parisin Bakı tərəfinə növbəti diplomatik hücumu oldu.
 
Fransa sistemli şəkildə Azərbaycana qarşı əsassız hücumlar həyata keçirir. Bu yaxınlarda, Fransanın Azərbaycan Respublikasındakı səfiri Ann Buayon aprelin 16-da məsləhətləşmələr üçün Parisə geri çağırıldı. Bəşinci Respublikasının XİN bu addamı “Bakının iki ölkə arasındakı münasibətlərə zərər verən birtərəfli hərəkətləri” ilə izah edib. 
 
İki həftə sonra, aprelin 30 – da o, Azərbaycana qayıtdı və diplpomatik fəaliyyətini davam etdi. İndi isə Paris daha absurd bir addım atdı. Belə bir hərəkət ikitərəfli münasibətlərin daha da pisləşməsinə səbəb ola bilər. Onda Fransa nə etməyə çalışır? Bu sualın cavabını Cənubi Qafqazda axtarmaq lazımdır.
 
Son illərdə Parisin Cənubi Qafqazda xarici siyasət kursunun diqqətlə təhlil bələ qənaətə gəlməyə imkan verir ki, Fransa Azərbaycan-Ermənistan münaqişəsinin həllində maraqlı deyil. Fransanın Dağlıq Qarabağdakı vasitəçiliyi əsasən İrəvana diplomatik ləngimələrlə məhdudlaşdı və acı uğursuzluqla başa çatdı. Emmanuel Makronun kabineti isə indi hələ də bu uğursuzluğunu nəticələrini aradan qaldırmağa çalışır.
 
Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qəlibəsi və sonra 2023-cü ildə uğurlu antiterror əməliyyatı nəticəsində Qarabağda ermənipərərst separatçı rejimin sügutu Fransanın bölgədə siyasi fəallığının artması üçün başlanğıc nöqtəsi oldu. Cənubi Qafqazda əsas oyunçu olmaq həyəcanı ilə yanaşı, Makronun regiondaki hiperaktivliyi Fransanın Afrika və Avropa qitəsindəki uğursuzluqlarından ictimayyətin diqqətini yayındırmaq istəyi ilə ələqədardır. O, Ukraynaya NATO kontingentinin göndərilməsi ilə bağlı qalmaqallı təşəbbüsü irəli sürərkən də eyni məntiqi rəhbər tutdu.
 
Paris Cənubi Qafqazdakı öz avantürasında Ermənistana arxalandı. Bu seçim yalnız erməni diasporunun Fransa elitasına ənənəvi güclü təsiri deyil, amma Ermənistanın baş naziri Nikol Paşinyanın siaysi zəifliyi ilə bağlıdır. Və o Makron hökuməti üçün çox rahat bir “sparring tərəfdaşı” oldu.
 
Dağlıq Qarabağda alçaldıcı məğlubiyyətindən sonra Nikol Paşinyan ermənilərin gözündə milli rüsvayçılığın günahkarına çevrildi. Hər tərəflərdən, qorxaqlıq, xəyanət və Dağlıq Qarabağa təslim olmaq ittihamları onun başına düşdü. İndi Ermənistanda Paşinyanın istəfasının tələb ədən etiraz aksiyaları davam edir. Onlar etirazçılarla polis arasında açıq toqquşmaya çevrilirlər. Ermənistan ordusunun cəmiyyətdə nüfuzu kəskin şəkildə aşağı düşüb. Ermənistan dövlət aparatı iflic vəziyyətindədir.
 
Ermənistanın kasıb vəziyyətindən Fransa istifadə etdi. O, kömək göstərmək bəhanəsi ilə Cənubi Qafqaza öz geosiaysi “tentacles” daha da dərinləşdirib. Azərbaycan “Report” İnformasiya Aqentliyinin direktoru Fuad Hüseynəliyev oxşar fikri var. O hesab edir ki, Fransa Cənubi Qafqazda öz mövqələrini gücləndirmək və Ermənistan Şərqdə siyasi təsirinin forpostuna çevirmək məqsədi daşıyır. Ukrayanadakı müharibəsi Parisin xeyrinə də oynayır, çünki O Rusiyanın əhəmiyyətli diqqətini və resurslarını yayındırır. Hüseynəliyevin fikirincə, Fransa Cənubi Qafqazda uğur qazansa, digər regionlarda da təsirini gücləndirməyə çalışacaq.
 
İndi Fransa Ermənistanla ikitərəfli əlaqələri, xüsusən də hərbi sahədə fəal şəkildə inkişaf edir. Paris də beynəlxalq arenada İrəvana informasiya və siyasi dəstək verir. Və Fransanın Azərbaycan tərəfinə mediya və diplomatik hücumlar bununla əlaqədardırlar. Ancaq, təcrübə göstərdiyi kimi Fransa nə qədər silkələsə də, Azərbaycan xalqının dəmir yumruq və polad iradəsi tarixi ədaləti bərpa etmək üçün istənilən düşmənin sümüklərini üyüdəcək. Paris başa düşmək vaxtıdır ki, Azərbaycan torpaqları Azərbayacan məxsus oldu və olacaq. Bu faktdır. Və Fransanın bu barədə nə düşündüyü bizi maraqlandırmır.
 
Paris və İrəvan arasında əməkdaşlıq məsələsini ətraflı nəzərdən keçirsək, 2023 – cü ilin oktyabrında iki ölkənin müdafiə nazirlərinin Ermənistana Fransa silahlarının tədarükü haqqında saziş imzalanmasını xatırlatmaq lazımdır. İndi Fransa Ermənistana 24 “Bastion” zirehli personal daşıyıcısı verdi və daha 26 zirehli personal daşıyıcısı istehsal mərhələsindədirlər. Həmçinin, Ermənistan üç fransız radarı “GM200” almaq üçün müraciət etdi, və tərəflər arasında İrəvana daşınabilən “Mistral 3” hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı danışıqlar aparılır. Bundan başqa Ermənistanın fransız “Cesar” artilleriya sistemlərini alması da istisna edilmir. Bu məsələ iki ölkənin hərbi idarələri tərəfindən fəal şəkildə müzakirə olunur.
 
Ancaq, fransız silahları İrəvanla pis zarafat edə bilər. Verilən silahlar Ermənistan silahlı qüvvələrinin keyfiyyətcə modernləşdirilməsi üçün kifayət deyil. Eyni zamanda, Fransanın yardım İrəvanda geniş beynəlxalq dəstək barədə təhlükəli illüziyalar yaradır. Bu da öz növbəsində erməni millətçi radikallarının səpələnmiş qalıqları arasında revanşist hissləri alovlandırır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 6 dekabr 2023-cü il tarixində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxış edərkən bunu haqlı olaraq qeyd etdi. O dedi ki, Fransa Ermənistanı silahlandırmaqla “odun üstünə yağ tökür və Ermənistanda reallıqdan uzaq xülyalar yaradır ki, guya onlar həmin silahlardan istifadə edərək Qarabağı geri ala bilərlər”.
 
Paşinyan öz siyasətində “sarsılmaz” Fransanı düşünərək ölkəsini ölümcül tarixi çıxılmaz vəziyyətə saldı. Əslində Fransanın dəstəyi ikili oyun oldu. Erməni diasporunun fəallığına baxmayaraq, Yelisey Sarayı onu aldadır və Cənubi Qafqazda geosiyasi bonuslar qazanmağa çalışır. Eyni zamanda, vəziyyət təhlükəli olanda Paris dərhal geri çəkilir və Bakıya acınacaqlı diplomatik hücumlarla məhdudlaşır. Vətən müharibəsi dövründə və antiterror əməliyyatı zamanı Fransa və Ermənistanın digər müttəfiqlərinin İrəvanı nəhəng Azərbaycan ordusu ilə necə təkbaşına tərk etdiklərinin bütün dünya şahidi oldu. Nəticədə, Fransa Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini tanıdı. Və indi, bu addım Ermənistan – Fransa ittifaqına necə aidiyyatı var – qoy politoloqlar anlasınlar.
 
Belə görünür ki, Ermənistan üçün utancın həddi-hüdudu yoxdur, amma Paşinyan öz xalqını alçaltmağın başqa yolunu tapdı. İngilis “Times” qəzəti aprelin 15-də məlumat verdi ki, London Ermənistan, Botsvana, Kot-d’İvuar və Kosta-Rika ilə Böyük Britaniyadan qeyri-qanuni miqrantların bu ölkələrə deportasiyası ilə bağlı sazişlərin imzalanması məsələsi üzrə danışıqlara başlayıb. Müqavilə miqrasiya böhranının həll etmək üçün “Ruanda sistemi” əsasında qurulmalıdır. Ona görə London Kigali ilə bir neçə min qaçqının Ruandada yerləşdirilməsini müzakirə edir. Eyni zamanda, Böyük Britaniya qaçqınların saxlanması və bununla bağlı narahatlıqlar üçün Ruandaya 140 milyon funt sterling ödədi. Bu yanaşma Qərb dövlətlərinin müstəmləkəçilik düşüncəsi ən yaxşı şəkildə əks etdirir. Onlar Ermənistan, Avropa ailəsinin üzvü olmaq böyük arzusuna baxmayaraq, hələ də müstəmləkə ölkəsi kimi tanınırlar.
 
Buna görə, əgər İrəvan London ilə bu müqaviləyə razılıq versə, bu Paşinyanın daha bir axmaqlıq olacaq. Birincisi, bu Ermənistanın iqtisadiyyata ciddi zərbə olacaq. Əlbəttə London qaçqınların saxlanması üçün İrəvana pul verəcək, amma pul tükənəcək və Ermənistan miqrantları öz hesabına dəstəkləməli olacaq.
 
İkincisi, miqrasiyanın artması hər zaman cinayət vəziyyətinin pisləşməsinə səbəb oldu. Almaniya Ukrayna və Afrika ölkələrindən olan qaçqınlar üçün ən populyar ölkədir. Orada 2023-cü ildə cinayətlərin sayı 5,5 faiz artıb. Bu son 8 ilin ən yüksək göstəricisidir. Əyni zamanda Almaniya Daxil İşlər Nazirliyinin başçısı Nancy Faeser xaricilər tərəfindən törədilən cinayətlərin sayının ardığını qeyd edib. Ötən il cinayət törətməkdə şübhəli bilinən şəxslərin ümumi sayı 2 246 767 nəfər olub, onlardan 923 269 (41%) nəfərinin Almaniya vətəndaşlığı yoxdur. Eyni şey Ermənistanda da olacaq.
 
Ermənistan XİN İrəvan Londonla bu “miqrasiya işi” ilə bağlı danışıqları rədd etməsinə baxmayaraq, Paşinyan bir daha sevimli taktikasına əl ata bilər. O axmaq bir şey edəcək və sonra başqalarını günahlandıracaq.
 
İrəvanın anlamaq vaxtıdır ki, nə fransızlar, nə ingilislər, nə də amerikalılar, Ermənistana kömək etməyəcəklər, çünki onlar heç vaxt Türkiyə və Azərbaycan ilə birbaşa qarşıdurmaya girməyəcəklər. Buna görə, İrəvan fransız silahlarının alınması ilə təhlükəli intriqaları və miqrasiya məsələsində Londonla flört etmək əvəzinə illüziyalarla vidalaşmalı və Bakı ilə konstruktiv dialoqa keçməlidir. Cənubi Qafqazda gələcək nəsillər üçün sabit təhlükəsizlik sisteminin yaradılması ümumi maraqlara uyğundur.
 
 Leyla Kərimova

Şərhlər

Çox oxunanlar