Merkel siyasi tərzini dəyişdirməlidir - ALMAN MƏTBUATI
26.08.2015 12:30 Siyasi reaksiya 1974
Alman mətbuatındakı açıqlamalarda Merkelin ultra sağçı zorakılıqlara səhnə olan Heidenau şəhərinə edəcəyi ziyarət və Almaniyada ilin ilk yarısında 21 milyard 100 milyon avroluq büdcə kəsirinin mövcudluğu ön plana çıxır.
Almaniyanın kansleri Angela Merkel ultra sağ radikalların iki gecə dalbadal polisə hücum etməsinə və qaçqınları təhdid etdiyi Heindenoudaki qarşıqlıqlara gec reaksiya verdiyinə görə tənqidlərə hədəf olmuşdu. Qaçqınlara qarşı təhrikedici rəftarları "iyrənc hərəkətlər" kimi xarakterizə edən Merkelin də Heidenaudaki qaçqın sığınacaqlarını ziyarət edəcəyi açıqlanıb. “Kölner Stadt Anzeiger” qəzetində dərc olunan analitikada Merkelin siyasi tərzini dəyişdirməli olduğu ciddi bir şəkildə müdafiə olunur:
"Burada əhəmiyyətli olan baş nazirin ölkənin necə bir vəziyyətdə olduğunu dərk etməsi və buna reaksiya verib verməyəcəyidir. Qanayan bir yaranın olduğu yerə baş nazirin daha tez getməsi olduqca vacibdir. Sığınacaq axtaran qaçqınların problemi, kövrək ictimai sülhə və itən siyasi bir əsasa razılığa işarə edir. Almaniya bir yol ayrıcındadır: Merkel əgər onu tanıdığımız kimi hadisələrə sakit bir tərzdə passiv bir şəkildə reaksiya verəcəksə, səhv etmiş olacaq. Merkelin Heidenauya getməsini gecikdirən siyasi tərzini dəyişdirməsi vacibdir. Əks təqdirdə ölkə daha çətin bir vəziyyətə düşəcək".
“Nürnberger Zeitung” qəzeti də eyni mövzu ilə bağlı yazıda bunları qeyd edib:
"Heidenau və başqa yerlərdəki həddindən artıq sağçı zorakılıq və xalqı təhrikedici azğınlıq, qaçqınlar problemi ilə bağlı ictimai müzakirələrdəki bir çevrilişə işarə edir. Almaniya baş naziri Angela Merkel də etdiyi açıq qınama mesajı ilə qondarma “narahat vətəndaşlar”ın qırmızı cizgini keçdiyini, bu hərəkətləri passiv olaraq dəstəkləyənlərə də açıqlamış oldu".
Şərhlər