“Kadırov Putinə xəyanət etməyə hazırdır” - “O, öz ordusunun Putin üçün döyüşməsində maraqlı deyil”
19.08.2024 12:25 Siyasi reaksiya 351
Son günlər Rusiya “Z kanalları”nda Kursk vilayətindəki uğursuzluğa görə oradakı Çeçenistan hərbi birləşmələrinin ünvanına çoxlu tənqidlər söylənilir. Ramzan Kadırovun hər cür təminatı olan dəstələri qorxaqlıqda, döyüş mövqelərini qoyub qaçmaqda, hətta Ukrayna tərəfilə sövdələşmədə günahlandırılır. Ukrayna parlamentinin deputatı Oleq Dundanın deyib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı bir daha Çeçenistan lideri Ramzan Kadırov və onun əlaltılarının zəifliyini göstərdi.
Bununla yanaşı, deputat Ukrayna mətbuatına açıqlamasında qeyd edib ki, Kadırov Vladimir Putinə hərbi yardımda maraqlı deyil. Çünki ona daha çox öz ordusunu xilas etmək və digər məqsədlər üçün istifadə etmək lazımdır.
Dundanın sözlərinə görə, Kadırov artıq başa düşür ki, Rusiya imperiyası indiki formada məhvə məhkumdur və onun çoxlu düşmənləri olduğu üçün Putin hakimiyyətdən gedəndən sonra təkcə hakimiyyət üçün deyil, öz həyatı üçün də mübarizə aparmalı olacaq: "Düşmənlərinin çoxu Kadırovun 20 il ərzində etdiklərinin hesabını sormaq istəyir. Liviya xalqının Müəmmər Qəddafiyə etdiyini ona da edə bilərlər”.
O, vurğulayıb ki, Kadırov heç də hərbi əməliyyatlarda iştirak etməkdə və ordusunu itirməkdə maraqlı deyil, çünki bu ordu Rusiya dağılan zamanı ona lazım olacaq: “Təyin olunduğu ilk gündən Kadırov Putinə xəyanət etməyə hazırdır, o, daim buna hazırlaşır, Putinin sonunun tezliklə gələcəyini hiss edir”.
Şərhlər