İrəvan şokda: 2 İyun sənədində deyilir ki, Naxçıvan... - Baqratyan

23.08.2024 12:17     Siyasi reaksiya     227

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və mətbuat katibi Mariya Zaxarovanın Ermənistanın üçtərəfli bəyanatı sabotaj etdiyinə dair açıqlamaları bizim üçün şok idi.

Reaksiya.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.

Onun sözlərinə görə, çoxu Rusiya rəsmilərinin nəyi nəzərdə tutduğunu anlamır:

“Orada söhbət 2023-cü il iyunun 2-də razılaşdırılmış protokoldan gedir. M.Zaxarova da konkret olaraq bunu vurğulayır. Həmin tarixdə şəxsən Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən irəli sürülən protokolda 2020-ci il 9 noyabrda imzalanmış bəyanatın 9-cu bəndinin müddəaları konkretləşdirilib. Sənəddə qeyd olunur ki, Ermənistan ərazisindən keçən və Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək yol İrəvanın suvererenliyi və ərazi bütövlüyü çərçivəsində fəaliyyət göstərməlidir. Lakin Azərbaycan yük maşınları Ermənistan sərhədi və gömrükdən keçdikdən sonra Rusiya sərhədçiləri tərəfindən müşayiət olunmalıdır. Bu protokol irəli sürüləndə N.Paşinyan artıq Qarabağı rəsmi olaraq Azərbaycanın tərkib hissəsi kimi tanımışdı. Həmin protokol bütün tərəflər üçün məqbul idi. Görünür, Paşinyan Qərbin təzyiqi ilə sənədin icrasından imtina etdi. Çünki Qərb rus sərhədçilərinin orada olmasını istəmir. ABŞ Ermənistan ərazisindən keçəcək belə bir yolun sadəcə orta dəhliz olmasının tərəfdarıdır. Bununla Rusiya və İranı regiondan kənarlaşdırmaq planlaşdırılır. Yəni İrəvan üzərinə götürdüyü öhdəlikləri həqiqətən də sabotaj edir. Nəticədə Qərblə Rusiya arasındakı münaqişədə sıxışıb qalmışıq”.

Keçmiş baş nazirin iddialarına görə, N.Paşinyan rəsmi qurumlara xəbər vermədən və xalqa açıqlamadan bir sıra sənədlər imzalayıb:

“Ötən il iyunun 2-də imzalanan protokoldan kim xəbərdar idi? 2022-ci il oktyabrın 31-də Soçidə imzalanan sənədin mətnini kim görüb? Bəs 2021-ci ilin yanvarında? Ya da 2020-ci ilin 18 dekabrında? Ümumiyyətlə, belə nə qədər sənəd var? Baş nazir sənədləri Ermənistan prezidenti və parlamentə təqdim etməyib. Həmin sənədlərdə Ermənistan Respublikasının ərazi bütövlüyünə istinad edilir. Bu, xəyanətdir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar