Ceyhun Bayramov sabah Türkiyəyə gedəcək

26.08.2024 16:08     Siyasi reaksiya     215

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Türkiyəyə səfər edəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Ankaraya səfər edəcək. Səfər çərçivəsində Azərbaycanla ikitərəfli münasibətlərlə yanaşı, cari regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparılacaq",-məlumatda qeyd olunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar