Ermənistanın bunu etməsi narahatlıq yaradır - İlham Əliyev
13.11.2024 19:07 Siyasi reaksiya 243
Ermənistanın dağ-mədən sənayesinin tullantılarının Araz çayına axıdılması və bunun çayın ekoloji durumuna mənfi təsir etməsi narahatlıq yaradır.
"Reaksiya.az" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İranın vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri xanım Şina Ənsari ilə görüşündə deyib.
Görüşdə Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılması və Xəzərdə hazırda suyun səviyyəsinin azalması probleminə toxunuldu, bu baxımdan sərhədyanı ölkələr arasında əməkdaşlığın vacibliyi vurğulandı.
Şərhlər