İrakli Kobaxidze Nikol Paşinyanla görüşdü
30.01.2025 16:08 Siyasi reaksiya 306
Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvanda erməni həmkarı Nikol Paşinyanla təkbətək görüş keçirib.
"Reaksiya.az" xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar, Gürcüstan və Ermənistan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 14-cü iclasında müzakirə olunacaq məsələləri nəzərdən keçiriblər.
Tərəflər regiondakı mövcud vəziyyətə və sülh prosesinin gedişinə də diqqət yetiriblər. İ.Kobaxidze Gürcüstan hökumətinin dialoqu təşviq etməyə, bölgədə sabitliyin və sülhün təmin olunmasına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.
Görüşdə, həmçinin Gürcüstanla Ermənistan arasında müxtəlif formatlarda yüksək səviyyəli dialoqun və bir çox sahələrdə sıx əməkdaşlığın ikitərəfli münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyi vurğulanıb.
Şərhlər