Əvəz Zeynallı ilə bağlı Prezidentə müraciət edildi

14.04.2025 19:54     Siyasi reaksiya     541

Azərbaycanın hüquq müdafiəçiləri, media nümayəndələri, ictimai-siyasi xadimləri, partiya liderləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına MÜRACİƏT göndəriblər.

Müraciətdə deyilir: 

“Cənab Prezident!

“Xural” Media Yayınları Qrupunun rəhbəri Əvəz Zeynallı 2022-ci ilin sentyabrında həbs olunub. Həbsdə olduğu müddətdə onun səhhətində ciddi problemlər yaranıb. Təxminən il yarım əvvəl gözündə ciddi əməliyyat aparılıb. Digər gözündə əməliyyat aparılmasına həbsxanada olduğu üçün həkimlər etiraz ediblər.

Bu günlərdə isə, müayinə olunduğu Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində ona bədxassəli xərçəng diaqnozu qoyulub: «Metastatik Colon (yoğun bağırsaq) Canceri (qara ciyərə metastazla)» .  Bu vəziyyət (yəni uzaq metastazların olması) şişin irəli inkişaf etmiş (advanced) və yayılmış stadiyasıdır.

 Cənab Prezident!

Yaranmış situasiyada Əvəz Zeynallının səhhəti ilə bağlı qoyulmuş diaqnozun kifayət qədər ciddiliyini, həyatının təhlükədə olmasını, yetərincə peşəkar müayinə və müalicəyə ehtiyac yarandığını , bu proseslərinin isə həbsxana şəraitində aparılmasının mümkünsüzlüyünü diqqətinizə çatdırmaq istəyirik.

Əvəz Zeynallının səhhətinin kifayət qədər ciddi təhlükə altında olmasını, onun müsbət reputasiyasını, ictimai faydalılıq əmsalını, ailəli olmasını və şəxsiyyət göstəricilərini nəzərə almaqla onun həbs qətimkan tədbirinin dəyişdirilməsini və azadlığa buraxılmasına göstəriş vermənizi Sizdən xahiş edirik.

Əvəz Zeynallı bütün şüurlu ömrünü Azərbaycana, onun dəyərlərinə, Azərbaycan xalqının maarifləndirilməsinə sərf edib.

Azərbaycanda fəaliyyət göstərdiyi 30 il müdfətində hər zaman Azərbaycan dövlətinin maraqlarına xidmət edib, dövlətin təməlinə zərər vuran ünsürlərlə mübarizə aparıb.

Cənab Prezident!

 Əvəz Zeynallının 2 qızı var. Onlardan biri Danimarkanın Aarhus universitetinin jurnalistika fakultəsini bitirmək üzrədir. Türkiyə Təhsil Nazirliyi növbəti tədris ilində Londonda təhsil alması üçün ona şans tanıyıb. İkinci qızı isə İstanbul Universitetinin Tibb fakultəsinin bu il məzunu olacaq.

Cənab prezident!

Siz, Azərbaycana rəhbərlik etdiyiniz dövrdə dəfələrlə humanistlik göstərərək, minlərlə məhkumu əfv etmisiniz, insanlara növbəti şans tanımısınız!

İnanırıq ki, Əvəz Zeynallının həbsdən azad edilməsi və müalicəsinin lazımi səviyyədə aparılması üçün müstəsna səlahiyyətlərinizdən istifadə edərək, onun azadlığa buraxılması ilə bağlı lazımi göstərişi verəcəksiniz.

Əvvəlcədən Sizə dərin minnətdarlığımızı bildiririk.

14.04.2025

  1. Novella Cəfəroğlu – Hüququ müdafiəçisi
  2. Səadət Bənənyarlı – Hüquq müdafiəçisi
  3. Arzu Abdullayeva – Hüquq müdafiəçisi
  4. Səidə Qocamanlı – Hüquq müdafiəçisi
  5. Dilarə Əfəndiyeva – Hüquq müdafiəçisi
  6. Hilal Məmmədov – Hüquq müdafiəçisi
  7. Fikrət Cəfərli – Hüquq müdafiəçisi
  8. Vüqar Məmmədov -“Hürriyyət” Media Qrupunun rəhbəri
  9. Mehman Əliyev – jurnalist
  10. Zaur Qəriboğlu – “Reaksiya” Media Qrupunun rəhbəri
  11. Rauf Arifoğlu –“ Yeni Müsavat” MQ-nun rəhbəri
  12. Sevil Nuriyeva – media nümayəndəsi
  13. Azər Həsrət – Hüquq müdafiəçisi, Əməkdar jurnalist
  14. Elçin Zahiroğlu – jurnalist
  15. İkram Rəhimov – jurnalist
  16. Ceyhun Musayev – jurnalist
  17. Ləman Ələşrəfqızı – Əməkdar jurnalist, LAF TV internet kanalının həmtəsisçisi
  18. Şirin Cəfəri – “Gündəm Xəbər” MQ-nun rəhbəri
  19. Nəsimi Şərəfxanlı – “Cümhüriyyət” MQ-nun rəhbəri
  20. Zülfüqar Savaş – Savash.org saytının rəhbəri
  21. Murad Köhnəqala – yazıçı, jurnalist
  22. Aygün Muradxanlı – Prime TV youtube kanalının həmtəsisçisi
  23. Şahin Nəcəfov – Prime TV youtube kanalının həmtəsisçisi
  24. Kamran Həsənli – aparıcı jurnalist
  25. Rüstəm Behrudi – Şair
  26. Niyaz Niftiyev – Tarixçi, jurnalist
  27. Elxan Şükürlü – jurnalist
  28. Fadil Paşayev – Konkret az saytının rəhbəri
  29. Bəhram İsmayıl – ABP sədri
  30. Pənah Hüseyn – Azərbaycan Xalq Partiyasının sədri
  31. Mirmahmud Mirəli oğlu – Klassik Xalq Cəbhəsi Partiyasının sədri
  32. Fərəc Quliyev – Milli Demokrat Hərəkatı Partiyasının sədri
  33. İqbal Ağazadə – Ümid Partiyasının sədri
  34. Qorxmaz İbrahimli – MHB rəhbəri
  35. Başxanım Abbasova – Şəhid Teymur Abbasovun anası
  36. Səbirə Mahmudova – veteran jurnalist
  37. Elçin Həsənzadə – Hüquq müdafiəçisi
  38. İlqar Hüseynli – “Xural” Media Qrupunun əməkdaşı

 

Şərhlər