Niderland səfiri İran XİN-ə çağırıldı
25.04.2025 16:02 Siyasi reaksiya 174

Bu gün Niderlandın Tehrandakı səfiri Emil Frederik Dübon İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Reaksiya.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
İran XİN Niderlandın Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin Tehranı Avropada iki sui-qəsddə günahlandırmasını əsassız ittiham adlandırıb və səfirə etirazını bildirib.
Qeyd edək ki, dünən Tehranın Avropada iki sui-qəsd əməliyyatına cəhd etdiyinə dair şübhə olduğu üçün İranın Amsterdamdakı səfiri Niderland XİN-ə çağırılmışdı. Niderland kəşfiyyatı 2023 və 2024-cü illərdə Avropada bir iranlı və ispaniyalını öldürməyə çalışan iki şəxsin həbs edildiyini açıqlayıb.
Şərhlər