Elmar Məmmədyarov yeni səfiri qəbul edib

27.08.2015 00:20     Siyasi reaksiya     2071

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrail Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Dan Stavı qəbul edib.

XİN mətbuat xidmətindən verilən məlumata görə, görüşdə səfir Dan Stav etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir Dan Stav diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Nazir Elmar Məmmədyarov  Dan Stava diplomatik fəaliyyətində uğurlar arzu edib.

Şərhlər