Bakı və İrəvan bu tarixdə sülh sazişi imzalayacaq - Erməni KİV
11.07.2025 14:58 Siyasi reaksiya 425

Azərbaycanla müqavilə dekabrda imzalanacaq.
Belə bir iddia ilə “Hraparak” nəşri çıxış edib.
Bildirilib ki, Ermənistan Zəngəzur dəhlizinə “autsorsinq” verilməsinin (regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsi) əleyhinə deyil.
Nəşr iddia edib ki, müqavilə dekabrda imzalanacağı üçün Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçib, xüsusən də Daşnaksütyun üzvlərini həbs edirlər və “etiraz edə biləcək qüvvələri” sıradan çıxarırlar.
Şərhlər