"Rus dilini belarus dilindən qat-qat yaxşı bilirəm" - Lukaşenko

17.09.2025 20:54     Siyasi reaksiya     215

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna münaqişəsinin səbəblərindən biri kimi rus dilinə qoyulan məhdudiyyətləri göstərib.

"Reaksiya.az" xəbər verir ki, Lukaşenko, həmçinin, rus dilini belarus dilindən qat-qat yaxşı bildiyini etiraf edib.

"Rus dilini belarus dilindən qat-qat yaxşı bilirəm. Allah eləməsin, biz dil məsələsini qızışdırmağa başlayaq, yoxsa problem olacaq. Bu, bizim dilimizdir. Əgər belarus dili rus dilindən geri qalırsa, bunu sakit şəkildə bildirməliyik ", - deyə o bildirib.

Onun sözlərinə görə, milli dilin qorunub-saxlanması rus dilinə qoyulan hər hansı məhdudiyyətlə əlaqələndirilməməlidir.

 

 

Şərhlər