Baxçalıdan Bərzaniyə cavab: “Boz qurd”am, belə də öləcəm!
06.12.2025 17:07 Siyasi reaksiya 247
Bəzi təxribatçı ifadələrə, absurd bəyanatlara və təxribat mühitini qızışdırmağa yönəlmiş təkəbbürlü ritorikaya baxmayaraq, biz “Terrorsuz Türkiyə” hədəfinə çatmaq yolunda addım-addım irəliləyirik.
Reaksiya.az xəbər verir ki, bunu MHP lideri Dövlət Baxçalı İraq Kürdüstan Demokratik Partiyasının (KDP) sabiq sədri Məsud Bərzaniyə məxsus ofisin onun haqqında yaydığı açıqlamalar cavabında deyib.
“Cizrə təxribatı bizi yolumuzdan çəkindirməyəcək. “Boz qurd” ideyamıza gəlincə, təbii ki, mən “Boz qurd”am və dünyadan belə köçəcəyəm. İnşallah sülh tezliklə əldə olunacaq. Biz əməkdaşlığın tərəfdarıyıq”, - partiya sədri əlavə edib.
Qeyd edək ki, D.Baxçalı Bərzaninin silahlı cangüdənlərlə Şırnaka səfərini və simpoziumda iştirakını tənqid edib. Buna cavab olaraq Bərzaninin ofisi partiya sədrini sərt şəkildə təhqir etmişdi.









Şərhlər