İran ordusundan ABŞ-yə sərt mesaj

10.05.2026 14:51     Siyasi reaksiya     220

“İran mümkün yeni hüum halında ABŞ üçün gözlənilməz hərbi addımlar hazırlayıb”.

"Reaksiya.az" IRNA agentliyinə istinadən xəbər verir ki, bunu İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiya deyib.

Onun sözlərinə görə, ABŞ yenidən İrana qarşı hərbi əməliyyata başlasa, Tehran daha müasir silahlar, yeni taktiki yanaşmalar və fərqli müharibə üsullarından istifadə edəcək.

“Əgər ABŞ yenidən səhvə yol verərək ölkəmizə hücum etsə, tamamilə gözlənilməz vəziyyətlərlə üzləşəcək. Hazırlanan variantlar yeni texnologiyalar, fərqli hərbi strategiyalar və indiyədək tətbiq olunmamış sahələri əhatə edir”, - deyə o bildirib.

Əkrəminiya əlavə edib ki, mümkün qarşıdurmanın yeni müstəvilərə keçməsi halında İran “düşməni qəfil yaxalaya” bilər və Vaşinqton bu ssenarini əvvəlcədən hesablaya bilməz.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri Israel Katz ölkəsinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Trump Vaşinqtonun da əməliyyatda iştirak etdiyini bildirib.

Buna cavab olaraq İran İsrailə onlarla ballistik raket atıb. Hücumlar nəticəsində ölkədə hava həyəcan siqnalları verilib və hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.

Martın 1-də isə İranın Ali Lideri Ali Khameneinin hücumlar zamanı öldüyü barədə məlumat yayılıb.

Bundan başqa, İran ABŞ hərbi bazalarının yerləşdiyi bir sıra qonşu ölkələrə raket zərbələri endirib. Hadisələr fonunda bəzi ölkələrin hava məkanı müvəqqəti bağlanıb, həmçinin Strait of Hormuz vasitəsilə gəmi keçidində ciddi çətinliklər yaranıb.

Şərhlər