Xamenei İranın döyüş hazırlığı ilə bağlı göstəriş verdi

10.05.2026 18:39     Siyasi reaksiya     147

İranın dini lideri Müctəba Xamenei ölkənin döyüş hazırlığının gücləndirilməsi barədə göstəriş verib.

"Reaksiya.az" xəbər verir ki, bunu İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının Mərkəzi Qərargahının komandanı Əli Abdullahi deyib.

"Rəhbər düşmənin yanlış hesablamasına qarşı mübarizə aparmaq üçün yeni göstəriş verib", - Abdullahi bildirib.

Onun sözlərinə görə, Xamenei ilə görüşdə silahlı qüvvələrin hazırlığı barədə hərtərəfli hesabat təqdim edilib.

Şərhlər