Yasamalın icra başçısı növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR

09.07.2026 15:51     Siyasi reaksiya     217

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinin operativ araşdırılması və həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Yasamal rayonunda növbəti səyyar qəbul keçirilib.

"Reaksiya.az" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə növbəti görüşü rayon bələdiyyəsinin akt zalında təşkil olunub. Qəbulda Yasamal RİH-in məsul əməkdaşları, rayon bələdiyyəsinin və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, həmçinin aidiyyəti dövlət qurumlarının və xidmət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin operativ həlli dövlət başçısının müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindəndir. O qeyd edib ki, hər bir müraciətə həssaslıqla yanaşılması, problemlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi və vətəndaş məmnunluğunun təmin olunması dövlət idarəçiliyində əsas prioritetlərdəndir. Daha sonra sakinlər onları narahat edən məsələləri, təklif və təşəbbüslərini açıq şəkildə səsləndirməyə dəvət olunublar.

Qəbul zamanı sakinlər tərəfindən yaşayış binalarının bloklarının təmiri, asudə vaxtın səmərəli təşkili üçün məkanların yaradılması, səkilərin zəbt edilməsi halları ilə mübarizə, yarımçıq tikililərin taleyi, lift təsərrüfatının yenilənməsi, incəsənət xadimlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, tikinti şirkətləri ilə bağlı yaranmış mübahisəli məsələlər, eləcə də sosial və kommunal sahəyə aid müxtəlif problemlərlə bağlı müraciətlər səsləndirilib.

Səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilib, bir sıra məsələlər yerində araşdırılaraq operativ həll olunub, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara icrası üçün yönləndirilib. Problemlərin qısa müddətdə həlli məqsədilə müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Sonda Elşad Həsənov bir daha vurğulayıb ki, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılması, onların hüquq və mənafelərinin qorunması Yasamal Rayon İcra Hakimiyyətinin fəaliyyətində daim diqqət mərkəzində saxlanılır. Bildirilib ki, nəzarətə götürülmüş bütün müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görüləcək və icra prosesi mütəmadi olaraq izləniləcək.

  • Yasamalın icra başçısı növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR
  • Yasamalın icra başçısı növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR
  • Yasamalın icra başçısı növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR
  • Yasamalın icra başçısı növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR
  • Yasamalın icra başçısı növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR
  • Yasamalın icra başçısı növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR
  • Yasamalın icra başçısı növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR
  •  

 

Şərhlər