Kaxa Kaladze: Tramp Baydenin Gürcüstana qarşı səhvini düzəltməlidir
31.07.2026 15:35 Siyasi reaksiya 179
“Nikbinliyimizi qoruyuruq, ABŞ ilə münasibətlərə yeni səhifədən başlamağa hazırıq”.
"Reaksiya.az" xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının katibi və Tbilisi meri Kaxa Kaladze ABŞ-nin Gürcüstandakı keçmiş səfiri Yan Kelli və dövlət katibinin keçmiş müavini Devid Kramerin səsləndirdiyi bəyanatları şərh edərkən deyib.
“Bu iki şəxs “dərin dövlət”in nümayəndələri, nömrələnmiş agentlərdir, bunların hamısını bilirik. ABŞ-yə yox, ölkənin qeyri-rəsmi qurumlarına xidmət edirlər, bu da müasir dünyada ciddi problemdir. ABŞ ilə münasibətlərə gəlincə, nikbinliyimizi qoruyuruq. Dəfələrlə bəyan etmişik ki, əməkdaşlığa hazırıq. Münasibətlərə yeni səhifədən başlamağa hazırıq, Bayden administrasiyasının bizə münasibəti bizim üçün qətiyyən qəbuledilməz idi. Ancaq yalan və həqiqətə uyğun olmayan fikirlərdən ibarət bəyanatlar da bizim üçün tamamilə qəbuledilməzdir.
ABŞ-nin hazırkı (Donald Tramp) administrasiyasının gürcü xalqına və Gürcüstan dövlətinə qarşı bu ədalətsiz münasibəti çox sadə qərarlarla aradan qaldırmaq imkanı var. Bir daha təkrar edirəm, nikbinliyimizi qoruyuruq və münasibətlərə yeni səhifədən başlamağa hazırıq”, - Kaladze bildirib.










Şərhlər